"Günəşli" yatağında yeni quyu istismara verilib

"Günəşli" yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 100 ton neft və 19 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
2 Oktyabr , 2015 13:04
Günəşli yatağında yeni quyu istismara verilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən 37 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2 976-2 941 metr intervaldan sutkalıq 100 ton neft və 19 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi