Goranboyun bir kəndinə təbii qaz verilib

Goranboyun bir kəndinə təbii qaz verilib Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndinə təbii qaz verilib.
Energetika
21 Noyabr , 2018 16:56
Goranboyun bir kəndinə təbii qaz verilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 150 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 890 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi