Dekabrda Türkmənistanda beynəlxalq neft-qaz konfransı keçiriləcək

Dekabrda Türkmənistanda beynəlxalq neft-qaz konfransı keçiriləcək Konfransda Türkmənistanın hökumət rəsmiləri və xarici qonaqlar iştirak edəcəklər
Energetika
28 Oktyabr , 2016 16:58
Dekabrda Türkmənistanda beynəlxalq neft-qaz konfransı keçiriləcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu il dekabrın 7-8-də Aşqabadda XXI Türkmənistan Beynəlxalq Neft və Qaz Konfransı keçiriləcək.

“Report” xəbər verir ki, konfransda Türkmənistanın hökumət rəsmiləri və şirkət rəhbərləri ilə yanaşı xarici nümayəndələr də iştirak edəcəklər.

Konfransa Türkmənistan hökumətindən Nazirlər Kabinetinin neft və qaz üzrə sədr müavini Yaxşigəldi Kakayev, "Turkmenoil" Milli Neft Şirkətinin sədri Tacdurdı Beqjanov, "Turkmengas" Milli Qaz Şirkətinin sədri Aşirqulı Beqliyev, “Galkynysh” boru kəməri şirkətinin baş icraçı direktoru Mühəmmədmurad Amanov, "Turkmengeology" Milli Geologiya Şirkətinin sədri Atadurdı Berdiniyazov və digər şəxslər qatılacaqlar.

Son xəbərlər

Orphus sistemi