​Bu il “Cənub" Elektrik Stansiyası 2,8 mlrd. kilovatsaat enerji istehsal edib

​Bu il “Cənub" Elektrik Stansiyası 2,8 mlrd. kilovatsaat enerji istehsal edib Cari ilin sentyabr ayında “Cənub Elektrik Stansiyası”nda 94 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib
Energetika
26 Oktyabr , 2015 20:37
​Bu il “Cənub Elektrik Stansiyası 2,8 mlrd. kilovatsaat enerji istehsal edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Cari ilin sentyabr ayında “Cənub" Elektrik Stansiyasında 94 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə "Report"a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cari ilin ötən 9 ayı ərzində isə bu stansiyada 2 mlrd. 731,4 mln. kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Qurumdan verilən açıqlamada həmçinin cari ilin son üç ayı ərzində stansiyanın elektrik avadanlıqlarına da mütəmadi baxışlar keçirildiyi və qeydə alınmış nasazlıqlar aradan qaldırıldığı, eyni zamanda qrafik üzrə texniki xidmət işləri də aparıldığı deyilir.

Son xəbərlər

Orphus sistemi