Bakı. 20 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 19,099 mln. ton həcmində xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin məcmu dəyəri 5,896 mlrd. ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5%, dəyəri isə 29% azalıb.
Yanvar-noyabr ayları ərzində xam neft ixracı Azərbaycanın ümumi ixracının 71%-ni tutub.