Belarus boru kəmərləri ilə neft nəqli tariflərini artırıb

Belarus boru kəmərləri ilə neft nəqli tariflərini artırıb Bakı. 22 yanvar. REPORT.AZ/ Belarus hökuməti magistral boru kəmərləri vasitəsi ilə neft nəqli üçün yeni tarifləri təsdiq edib.
Energetika
22 Yanvar , 2019 08:20
Belarus boru kəmərləri ilə neft nəqli tariflərini artırıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Belarus hökuməti magistral boru kəmərləri vasitəsi ilə neft nəqli üçün yeni tarifləri təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə Antiinhisar Tənzimləmə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hazırda Rusiya neftinin nəqli ilə "Qomeltransneft Drujba" ASC və "Polotsktransneft Drujba" ASC məşğul olur.

Nazirlikdən bildirilir ki, müəyyən edilmiş tariflər Belarus və Rusiyanın 2010-cu ildə imzaladığı ikitərəfli sazişlərə tam uyğundur. Müvafiq sənədlər paketi neft və neft məhsulları bazarlarında görülən işləri nizamlayır.

Təsdiq edilmiş mexanizm əsasında boru kəmərləri ilə neft nəqli xidmətləri 2019-cu ildə 7,6% artacaq. Yeni tariflər cari ilin 1 fevralından tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi