“Azərikimya”nın Etilen-polietilen zavodu ərazisində mülki müdafiə məşqi keçirilib

“Azərikimya”nın Etilen-polietilen zavodu ərazisində mülki müdafiə məşqi keçirilib İştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlim qüsursuz başa çatıb
Energetika
28 Oktyabr , 2016 19:31
“Azərikimya”nın Etilen-polietilen zavodu ərazisində mülki müdafiə məşqi keçirilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ ''Azərikimya'' İstehsalat Birliyinin Etilen-polietilen zavodunun Etilen istehsalatının Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində ''Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda bu gün maarifləndirici tədbir və mülki müdafiə məşqi keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təlimdə müəssisənin mülki müdafiə qüvvələri, o cümlədən mühəndis-kəşfiyyat manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu, müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu, yanğınsöndürmə, elektrik xətlərinin təmiri və rabitə manqaları, qazdan xilasetmə dəstəsi və fərdi mühafizə vasitələrinin paylanması məntəqəsi ilə yanaşı, FHN-nin Respublika Mülki Müdafiə İdarəsinin, Mülki Müdafiə Qoşunlarının kimya müşahidə laboratoriyasının və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyətləri, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Azərbaycan Dəmir Yolları QSC-nin Yanğınsöndürən qatarının şəxsi heyəti, Sumqayıt şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının və “Kimyaçı” poliklinikasının tibbi yardım briqadaları iştirak ediblər.

Şərti zəlzələnin təsirindən Etilen-polietilen zavodunun Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində baş vermiş dağıntıların altından insanların təxliyyə edilməsi, 100/1 saylı benzin saxlanılan tutumun girişində boru xətlərinin zədələnməsi nəticəsində baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan təlimdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini müəyyən edilmiş vaxtda hadisə yerinə çatdırıblar. Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilən və iştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlim qüsursuz başa çatıb. 

Son xəbərlər

Orphus sistemi