Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 2 067 256-ya çatıb

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 2 067 256-ya çatıb İlin 9 ayında əhali sektoru üzrə 63 420 yeni abonent qeydiyyata alınıb
Energetika
9 Oktyabr , 2017 17:09
Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 2 067 256-ya çatıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 63 420 yeni abonent qeydiyyata alınıb.

“Report” “Azəriqaz” İB-yə istinadən xəbər ki, bunun 30 908-i Bakı, Abşeron və Sumqayıt, 32 512-si isə regionlar üzrədir.

Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 067 256-ya çatıb.

Oktyabrın 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 447 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi