Azərbaycanda avtomobil benzini istehsalı 7% artıb

Azərbaycanda avtomobil benzini istehsalı 7% artıb Bu il avqustun 1-nə ölkədə 31,5 min ton həcmində avtomobil benzini ehtiyatı olub
Energetika
15 Avqust , 2017 11:59
Azərbaycanda avtomobil benzini istehsalı 7% artıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 730,1 min ton avtomobil benzini istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin ilk 7 ayında avtomobil benzininin istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 7,2% artıb.

Bu il avqustun 1-nə ölkədə 31,5 min ton həcmində avtomobil benzini ehtiyatı olub.

Digər neft məhsulları istehsalına gəldikdə, 7 ayda 1,125 mln. ton dizel yanacağı, 353,8 min ton ağ neft, 243,8 min ton yanacaq mazutu istehsal olunub. Neft məhsullarından dizel yanacağının istehsalı 16,8%, ağ neftin istehsalı 8,2%, yanacaq mazutunun istehsalı 39,9% azalıb.

Yanvar-iyul ayları ərzində ölkədə 116,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 19,5 min ton sürtkü yağları, 103,4 min ton neft bitumu, 128,4 min ton neft koksu istehsal olunub. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 1,5%, sürtkü yağlarının istehsalı 3,8 dəfə, neft bitumunun istehsalı 21,1%, neft koksunun istehsalı 14,2% artıb.

Ümumilikdə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 567,3 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 7,8% azalıb.

Son xəbərlər

Orphus sistemi