Azərbaycanda avtomobil benzini istehsalı 11% artıb

Azərbaycanda avtomobil benzini istehsalı 11% artıb Ölkədə bu ilin ilk 5 ayında ümumilikdə 1,14 mlrd. manatlıq neft məhsulları istehsal olunub
Energetika
16 İyun , 2017 17:33
Azərbaycanda avtomobil benzini istehsalı 11% artıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft məhsullarının dəyər ifadəsində ümumi istehsalı 1 139,7 mln. manat olmaqla əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 7,1% azalıb.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 11,3% artaraq 524,1 min ton təşkil edib. Bu il iyunun 1-i tarixinə avtomobil benzini üzrə 52,7 min ton hazır məhsul ehtiyatı qalıb.

İlin 5 ayı ərzində 86 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 9,1 min ton sürtkü yağları, 60,3 min ton neft bitumu, 84,4 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzinin həcmi illik müqayisədə 8,9%, sürtkü yağlarının həcmi 82%, neft bitumunun həcmi 26,4%, neft koksunun həcmi isə 21,8% artıb.

Yanvar-may aylarında Azərbaycanda 254,4 min ton ağ neft, 807,6 min ton dizel yanacağı, 241,2 min ton yanacaq mazutu istehsal edilib.

Ağ neftin istehsalı 7,6%, yanacaq mazutunun istehsalı 35,6%, dizel yanacağının istehsalı 17,7% azalıb.

Bu il iyunun 1-i tarixinə 2,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 12,4 min ton ağ neft, 119,4 min ton dizel yanacağı, 7,8 min ton yanacaq mazutu, 7,1 min ton sürtkü yağları, 4,8 min ton neft bitumu, 12 min ton neft koksu ehtiyatı qalıb.

Son xəbərlər

Orphus sistemi