Azərbaycan xam neft ixracını 66%-dən çox artırıb

Azərbaycan xam neft ixracını 66%-dən çox artırıb Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3,986 mln. ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
Energetika
19 Fevral , 2020 17:15
Azərbaycan xam neft ixracını 66%-dən çox artırıb

Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3,986 mln. ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən xəbər verir ki, bu məhsulların dəyəri 1,961 mlrd. ABŞ dolları təşkil edib.

Bu ilin ilk ayı ərzində ixrac edilmiş xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 66,43% çox, dəyəri isə 92,57% çox olub.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 92,04% təşkil edib.

Son xəbərlər

Orphus sistemi