Azərbaycan bu il elektrik enerjisinin hər kVt-nı Türkiyəyə 9 qəpiyə satıb

Azərbaycan bu il elektrik enerjisinin hər kVt-nı Türkiyəyə 9 qəpiyə satıb Türkiyə bu ilin yanvar-mart aylarında Azərbaycan, Yunanıstan, Bolqarıstan və Çexiyadan 106 696 000 kVt/saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61% azalma deməkdir.
Energetika
1 May , 2019 15:08
Azərbaycan bu il elektrik enerjisinin hər kVt-nı Türkiyəyə 9 qəpiyə satıb

Türkiyə bu ilin yanvar-mart aylarında Azərbaycan, Yunanıstan, Bolqarıstan və Çexiyadan 106 696 000 kVt/saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61% azalma deməkdir. 

“Report”un Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, 2018-ci ildə bu rəqəm 273 180 000 kVt/saat olub.

Ötən ilin ilk rübündə rəsmi Ankara elektrik enerjisi idxalı üçün 11 133 696 dollar ödədiyi halda, bu il həmin 58% azalaraq 4 681 848 dollara düşüb.

Türkiyənin bu il Azərbaycandan aldığı elektrik enerjisinin miqdarı 8 998 000 kVt/saat olub ki, bu da ötən ilə nisbətən 50 483 000 kVt/saat azalma deməkdir. Bu idxala görə, Türkiyə Azərbaycana 458 872 dollar ödəyib. Bu isə hər kVt elektrik enerjisinin 0,05 dollar, yaxud 0,085 manat olması deməkdir.

Son xəbərlər

Orphus sistemi