Bu ilin I rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2,971 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.
“Report”un
Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,2 dəfə, dəyəri isə 2,5 dəfə artıb.
Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 9,49% olub.