Azərbaycan qaz ixracını 3,2 dəfə artırıb

Azərbaycan qaz ixracını 3,2 dəfə artırıb Bu ilin I rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2,971 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.
Energetika
18 Aprel , 2019 16:28
Azərbaycan qaz ixracını 3,2 dəfə artırıb

Bu ilin I rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2,971 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 425,389 mln. ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,2 dəfə, dəyəri isə 2,5 dəfə artıb.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 9,49% olub.

Son xəbərlər

Orphus sistemi