Aleksandr Novak: "OPEC+in hasilatın həcmini dəyişdirməsi üçün böhranlı vəziyyət yoxdur"

Aleksandr Novak: "OPEC+in hasilatın həcmini dəyişdirməsi üçün böhranlı vəziyyət yoxdur" OPEC+ neft hasilatını tənzimləmək üçün fövqəladə qərarlar qəbul etməyəcək.
Energetika
3 Oktyabr , 2019 13:01
Aleksandr Novak: OPEC+in hasilatın həcmini dəyişdirməsi üçün böhranlı vəziyyət yoxdur

"OPEC+ neft hasilatını tənzimləmək üçün fövqəladə qərarlar qəbul etməyəcək".

"Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Rusiya energetika həftəsi-2019" beynəlxalq forumunda deyib.

"Böhran vəziyyəti olarsa, həmişə istehsalın həm artırılması, həm də azaldılması istiqamətində bu və ya digər qərarlar qəbul edə biləcəyik. Son üç ildə bu təcrübədən istifadə olunub və o, bazarın balanslaşdırılmasına müsbət təsir göstərib. Buna görə də indi növbədənkənar şəkildə hansısa qərar qəbul etməyimizi tələb edən böhranlı vəziyyət yoxdur", - deyə o qeyd edib.

A.Novak OPEC+ iştirakçılarının bazarın vəziyyətini yaxından izlədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi