AECOM: "Şəfəq-Asiman" Müqavilə Sahəsinin yaxınlığında kommersiya məqsədi ilə balıq ovu həyata keçirilməyib

AECOM: "Şəfəq-Asiman" Müqavilə Sahəsinin yaxınlığında kommersiya məqsədi ilə balıq ovu həyata keçirilməyib “Şəfəq-Asiman Müqavilə Sahəsinin dərin sularında xulu və kefal balıq növləri çoxluq təşkil edir”.
Energetika
11 Sentyabr , 2019 11:27
AECOM: Şəfəq-Asiman Müqavilə Sahəsinin yaxınlığında kommersiya məqsədi ilə balıq ovu həyata keçirilməyib

“Şəfəq-Asiman" Müqavilə Sahəsinin dərin sularında xulu və kefal balıq növləri çoxluq təşkil edir”.

"Report" xəbər verir ki, bunu AECOM şirkətinin məsləhətçisi Aron Şian (Aron Sheehan) deyib.

"Balıqçılıq təsərrüfatı ilə bağlı BMT-nin Ətraf Mühit Proqramının hesabatlarından toplanmış materiallar barədə hazırladığımı hesabatda qeyd etmişik. Hazırda Xəzər dənizində və əlaqəli çay deltalarında təqribən 151 balıq növünə və yarımnövünə rast gəlinir. Onlardan 54-ü sahə üçün lokal hesab edilir. Balıq növlərinin əksəriyyəti (rezident, köçəri, yarımköçəri) suyun dərinliyinin 500 metr və yaxud daha az olduğu hissələrdə toplanır. Noyabr-fevral ayları arasında xuluların və sivriburun kefal növ balıqların ayrı-ayrı fərdlər formasında 4 növü mövcud ola bilər. Burdan da aydın olur ki, müqavilə sahəsinin yaxınlığında kommersiya məqsədilə balıq ovu həyata keçirilməyib”. 

Son xəbərlər

Orphus sistemi