ABŞ Venesuelanın neft sektoruna sanksiyaları nəzərdən keçirir

ABŞ Venesuelanın neft sektoruna sanksiyaları nəzərdən keçirir Venesuelanın ABŞ-a neft ixracı son 27 ilin minimal səviyyəsinə geriləyib
Energetika
5 Fevral , 2018 20:02
ABŞ Venesuelanın neft sektoruna sanksiyaları nəzərdən keçirir

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ Venesuela neftinin idxalına və ABŞ-dan Venesuelaya emal olunmuş neft məhsullarının ixracına məhdudiyyətlərin tətbiqi barədə imkanları nəzərdən keçirir. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson məlumat verib.

"Hazırda müxtəlif variantlar gözdən keçirilir. ABŞ və regiondakı digər ölkələrə mümkün təsirlərin azaldılması təhlil olunur", - o bildirib.

Digər Latın Amerikası ölkələri Venesuelada humanitar böhranın qarşısını almaq məqsədilə müvafiq addımlar atmayacaqlarını bildiriblər. 

"Problemin həlli üçün heç bir addım atmamaq Venesuela xalqını əziyyət çəkməyə dəvət etməklə eyni qiymətləndirilə bilər", - ABŞ dövlət katibi əlavə edib.

Xatırladaq ki, hazırda Venesuela neftinin ABŞ-a ixracı 1991-ci ildən etibarən ən minimal həddə çatıb.

Son xəbərlər

Orphus sistemi