ABŞ-da benzinin payız qiymətləri son 4 ilin rekord səviyyəsinə çatıb

ABŞ-da benzinin payız qiymətləri son 4 ilin rekord səviyyəsinə çatıb Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın OPEC-i dəfələrlə qiymətləri azaltmağa çağırmasına baxmayaraq, ölkədə benzinin qiymətləri mövsümi maksimum həddinin son dörd ildəki rekord səviyyəsinə çatıb.
Energetika
27 Sentyabr , 2018 12:34
ABŞ-da benzinin payız qiymətləri son 4 ilin rekord səviyyəsinə çatıb
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın OPEC-i dəfələrlə qiymətləri azaltmağa çağırmasına baxmayaraq, ölkədə benzinin qiymətləri mövsümi maksimum həddinin son dörd ildəki rekord səviyyəsinə çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının mətbuat katibi Canet Kaselanonun sözlərinə görə, adətən benzinin qiymətləri yaydakı pik tələbatla bağlı qalxandan sonra xeyli azaldığı halda, bu il həmin azalma həmişəkindən zəif olub.

Hazırda benzinin bir qallonunun çərşənbə günü üçün orta qiyməti 2,867 dollar təşkil edir ki, bu da 2014-cü ildən bu yana payız üçün ən yüksək qiymətdir.

Son xəbərlər

Orphus sistemi