Tarix muzeyinə antik bəzək əşyaları təhvil verilib

Tarix muzeyinə antik bəzək əşyaları təhvil verilib "Zinət əşyaları qadın skeletin üzərindən aşkar olunub"
Elm və təhsil
16 Oktyabr , 2015 14:11
Tarix muzeyinə antik bəzək əşyaları təhvil verilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyinə arxeoloji qazıntılar zamanı əldə olunan qızıldan antik bəzək əşyaları daxil olub. Bu barədə "Report"a muzeyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu sıraya11 ədəd qızıl muncuq və spiral şəkilli bəzək əşyası daxildir: "Arxeoloq Fərhad Quliyevin məlumatına görə, bu əşyalar 2008-2015-ci illərdə aparılan qazıntılar nəticəsində Tovuz rayonunun Menteş qədim yaşayış yerindən tapılıb. Kurqan qəbirdən əldə olunan bu arxeoloji materialların e.ə. VI minillikdən başlayaraq IV minilliyə qədər dövrləşməsi müəyyən edilib".

Məlumata əsasən, bu qədim zinət əşyaları qadın skeletin üzərindən aşkar olunub.

Son xəbərlər

Orphus sistemi