Maksimum bal toplayan abituriyent: “Arzum BDU-nun Hüquq fakültəsində təhsil almaqdır”

Maksimum bal toplayan abituriyent: “Arzum BDU-nun Hüquq fakültəsində təhsil almaqdır” Ağcabədi. 29 iyul. REPORT.AZ/ İyul ayının 26-sı II və III ixtisas qrupları (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanında bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə - 700 bal toplayan 4 abituriyentdən biri Ağcabədi rayon sakini Əzim Əzizlidir.
Elm və təhsil
29 İyul , 2018 15:24
Maksimum bal toplayan abituriyent: “Arzum BDU-nun Hüquq fakültəsində təhsil almaqdır”

Ağcabədi. 29 iyul. REPORT.AZ/ İyul ayının 26-sı II və III ixtisas qrupları (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanında bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə - 700 bal toplayan 4 abituriyentdən biri Ağcabədi rayon sakini Əzim Əzizlidir.

"Report"un Qarabağ bürosu Əzim Əzizlinin təəssüratlarını öyrənib. O bildirib ki, məktəbdə yaxşı oxusa da, son üç ildə hazırlıq kursuna gedib. Sınaq imtahanlarında həmişə 600-dan yuxarı bal toplayıb, amma hədəfi 700 bal toplamaq olub: “Bu nəticəni əldə etmək üçün çox çalışmışam. Dərslərə məsuliyyətlə yanaşırdım. Bu nəticəni göstərməyimdə müəllimlərimin əməyi böyükdür. Valideynlərimin və müəllimlərim dəstəyi hər zaman üzərimdə olub. Onlara təşəkkürümü bildirirəm”.

Əzim Əzizli bildirib ki, bu günədək qarşıya qoyduğu ən böyük hədəfə nail olub. İndi isə arzusu Bakı Dövlə Universitetinin Hüquq fakültəsində təhsil almaqdır.

Ağabala Sariyev Əzim Əzizlinin əzmkar və çalışqan şagird olduğunu deyib: “Ən nümunəvi şagirdlərimizdən olan Əzim verdiyimiz tapşırıqları hər zaman yerinə yetirib, nizam-intizamı, çalışqanlığı, əzmkarlığı ilə seçilib. Ümidlərimizi doğrultduğu üçün Əzimə minnətdarlığımı bildirirəm”.

Sevindik Əzimli oğlunun imtahanlarda yüksək bal yığacağına əmin olduğunu deyib: “Əzim orta məktəbi çox yaxşı oxuyurdu. Məktəbdəki tədbirlərdə, keçirilən intellektual yarışlarda həmişə fəal iştirak edib. Qəbul imtahanlarına çox səylə hazırlaşırdı. İnanırdıq ki, o yüksək bal toplayacaq. Arzu edirəm ki, bütün valideynlər bizim keçirdiyimiz sevinci yaşasınlar”.

Son xəbərlər

Orphus sistemi