Kəlbəcər məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar

Kəlbəcər məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara BBMM-in hədiyyələri verilib
Elm və təhsil
25 Noyabr , 2016 21:07
Kəlbəcər məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar

Bakı. 25 noyabr. REPORT.AZ/ “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə Xırdalandakı 20 saylı Kəlbəcər orta məktəbinin şagirdləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində(BBMM) olublar.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, birliyin təşəbbüsü ilə “Multikulturalizm ili” çərçivəsində məktəblilərin BBMM-də görüşünü təşkil etməkdə məqsəd gəncləri bu qurumun fəaliyyəti, gördüyü çoxsaylı işlərlə tanış etməkdir.

BBMM-in şöbə müdiri Sərxanbəy Xudiyev Mərkəzin fəaliyyəti və həyata keçirdiyi beynəlxalq və regional layihələr barəsində məktəblilərə məlumat verib.

Bildirilib ki, Almaniyada, İsraildə, Moldovada, İtaliyada, Portuqaliyada, Bolqarıstanda və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları fəaliyyət göstərir.

Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara BBMM-in hədiyyələri təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi