İmtahan heyəti üzvlərindən koronavirusa yoluxan olmayıb

İmtahan heyəti üzvlərindən koronavirusa yoluxan olmayıb “Bu günə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.
Elm və təhsil
14 İyul , 2020 10:39
İmtahan heyəti üzvlərindən koronavirusa yoluxan olmayıb

“Bu günə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

“Report” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, keçirilən imtahanlarda ehtiyat tədbirləri çərçivəsində görülən işlərə əlavə olaraq iyunun 24-dən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan və DİM tərəfindən imtahanların idarə edilməsinə cəlb olunan hər bir əməkdaş COVID‑19 testindən keçirilib: “Görülən qabaqlayıcı tədbirlərin sayəsində bu günə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Son xəbərlər

Orphus sistemi