Azərbaycan gənc psixoloqlarının birinci qurultayı keçirilib

Azərbaycan gənc psixoloqlarının birinci qurultayı keçirilib Qurultayda 100-dən çox gənc psixoloq iştirak edib
Elm və təhsil
7 Dekabr , 2015 16:28
Azərbaycan gənc psixoloqlarının birinci qurultayı keçirilib

Bakı. 7 dekabr. REPORT.AZ/ “Gənc Psixoloqlar” İctimai Birliyi Azərbaycan Gənc Psixoloqlarının I qurultayını keçirib.

"Report"un məlumatına görə, 100-dən çox gənc psixoloqun qatıldığı qurultay zamanı iştirakçılara təşkilat haqqında məlumat verilib.

Sonra üzvlərin iştirakı ilə “Gənc Psixoloqlar” İctimai Birliyinin İdarə Heyətinin formalaşdırılması üçün səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, "Gənc Psixoloqlar" İctimai Birliyinin sədri Orxan Oruczadə, baş katibi Rövşən Hümbətov, İctimaiyyətlə əlaqədar şöbəsinin məsul şəxsi Aidə Səlim, Layihələrin idarə edilməsi üzrə Zümrüd Əkbərova və Beynəlxalq əməkdaşlıq üzrə məsul şəxs isə Sevda Cəlilzadə seçilib.

Birliyin məqsədi ölkənin gənc psixoloqları arasında şəbəkələşmə yaratmaqla cəmiyyətin psixi sağlamlığı istiqamətində vahid fəaliyyəti təmin və təşkil etməkdir.

Qeyd edək ki, “Gənc Psixoloqlar” İctimai Birliyi 2017-ci ildə Azərbaycanda keçiriləcək Avropa Gənc Psixoloqlar Assosiasiyasının (EFPSA) 31-ci illik qurultayının da təşkilatçısıdır.

Son xəbərlər

Orphus sistemi