​Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb

​Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb Yaponiya alimi Takaaki Kadzite və onun kanadalı həmkarı Artur Makdonald fizika üzrə Nobel mükafatına layiq görülüblər
Elm və təhsil
6 Oktyabr , 2015 16:54
​Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Yaponiya alimi Takaaki Kadzite və onun kanadalı həmkarı Artur Makdonald fizika üzrə Nobel mükafatına layiq görülüblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, onlar neytrinonun osillyasiyası (neytrinonun başqa neytrinoya (elektron hissəcik), yaxud antineytrinoya çevrilməsinin gücləndirilməsi) sahəsindəki kəşfə görə bu mükafata layiq görülüblər.

Xatırladaq ki, 2015-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına parazitar xəstəliklərin, o cümlədən malyariyanın müalicəsində yeni üsulların işlənib hazırlanmasına görə irlandiyalı Uilyam Kempl, yaponiyalı Satoşi Omura və çinli Tu Yuyu layiq görülüblər. Onların bu mükafata layiq görüldükləri oktyabrın 5-də açıqlanıb. 

Laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək. Ənənəyə görə, mükafatlar Alfred Nobelin vəfatı günü təqdim olunur.

Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (953 min ABŞ dolları) bərabər olacaq.

Son xəbərlər

Orphus sistemi