DİM-in sədr müavini: "Dövlət orqanlarında vakant yüksək vəzifələrdə seçimin aparılmasına başlamaq lazımdır"

DİM-in sədr müavini: "Dövlət orqanlarında vakant yüksək vəzifələrdə seçimin aparılmasına başlamaq lazımdır" Soyahıda nazirlik və komitələrin də adları var
Elm və təhsil
14 Sentyabr , 2017 11:15
DİM-in sədr müavini: Dövlət orqanlarında vakant yüksək vəzifələrdə seçimin aparılmasına başlamaq lazımdır
Report/ Firi Səlim

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Dövlət qulluğu üçün təklif olunan 1000-dən çox vakant vəzifələrin arasında yüksək vəzifələr də var".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, dövlət orqanlarında vakant yüksək vəzifələrdə seçimin aparılmasına başlamaq lazımdır: "Burada söhbət dövlət orqanlarının maraqlarından deyil, qanunvericilikdə nəzərdə tutulan tələblərin həyata keçirilməsindən gedir. Bütün dövlət orqanları vakant yerləri açıq elan etməli və Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər".

B.Xəlilov qeyd edib ki, vakant dövlət vəzifələri çoxdur: "Bir müddət idi ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqə keçirilirdi. Hazırda 1000-dən çox vakant yer var. Bunlar bir çox dövlət orqanlarına – Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Ekologiya vəTəbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinə aiddir".

Son xəbərlər

Orphus sistemi