Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri: “Dərsliklərin tam təkmilləşdirilməsinə ehtiyac var”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri: “Dərsliklərin tam təkmilləşdirilməsinə ehtiyac var” “Bugünkü dərslik yazanları ən səriştəli müəlliflərdən hesab etmək olmaz”
Elm və təhsil
23 Dekabr , 2016 17:25
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri: “Dərsliklərin tam təkmilləşdirilməsinə ehtiyac var”

Bakı. 23 dekabr. REPORT.AZ/ "Söz yox ki, bugünkü dərslikləri yazan müəllifləri hələ dərslik yazmaq sahəsində ən səriştəli müəlliflərdən hesab etmək olmaz".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

M.Vəliyevanın sözlərinə görə, bu səbəbdən dərsliklərin tam təkmilləşdirilməsinə ehtiyac var: "Nazirlər Kabinetinin müvafiq qərarı ilə dərslik müəllifləri ilə Təhsil Nazirliyi arasında müqavilələrin imzalanması səmərə ilə nəticələnəcək".

İbtidai sinfin dərsliklərindəki proqramların çətin olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirən M.Vəliyeva qeyd edib ki, bu barədə deyilənlərin təzadlı olması mümkündür: "Hansısa valideynlərin fikirlərinə görə, dövlət proqramları, dərsliklər və müəyyən standartlar çətin ola bilər. Amma dərsliklər hazırlanarkən mütəxəssislər tərəfindən ölçülüb, qiymətləndirilib, beynəlxalq təcrübə öyrənilib. Bu gün məktəblərdə yaxşı oxuyan şagirdlər həmin proqram əsasında təhsil alırlar. Təbii ki, ali təhsilli valideynlər öz uşaqlarına ev tapşırıqlarının yerinə yetirilməsində daha rahat kömək edir. Lakin təhsili olmayan valideynlər üçün bu proqramların öhdəsindən gəlmək çətin olur".

Son xəbərlər

Orphus sistemi