“Azərbaycan multikulturalizmi” dərsliyi müəllim-tələbə heyətinə təqdim olunacaq

“Azərbaycan multikulturalizmi” dərsliyi müəllim-tələbə heyətinə təqdim olunacaq Multikulturalizm Mərkəzində “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında ulu öndər Heydər Əliyevin rolu” müzakirə edilib
Elm və təhsil
24 Aprel , 2017 20:27
“Azərbaycan multikulturalizmi” dərsliyi müəllim-tələbə heyətinə təqdim olunacaq

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”mövzusunda "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisi məsələlərinə həsr olunmuş metodik seminar keçirilib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov tədbiri açıb.

O bildirib ki, seminarın məqsədi dünyanın müxtəlif ölkələrindəki ali təhsil müəssisələrində və Azərbaycanda olan universitetlərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris keyfiyyətinin daha da artırılması, qarşıda duran vəzifələrin həlli, mövcud problemlərin aradan qaldırılması məqsədi daşıyır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Azərbaycan multikulturalizmi” fənninin hazırda dünyanın 15, ölkəmizin 40 aparıcı universitetində tədris olunduğunu xatırladaraq artıq fənnin tədrisi istiqamətində müsbət təcrübə və nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Etibar Nəcəfov tədris prosesinin elmi-medoki təminatı sahəsindəki problemlərin də artıq həllini tapmaq üzrə olduğunu bildirib. Professor qeyd edib ki, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasindan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı artıq üç dildə-Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb və tədrislə məşğul olan müəllimlərə çatdırılıb, bu seriyadan digər nəşrlər də hazırlanır. 

“Azərbaycan multikulturalizmi” dərsliyi də bugünlərdə müəllim-tələbə heyətinə təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi