​ADU-da Çin bayramı qeyd olunub

​ADU-da Çin bayramı qeyd olunub Tədbir çərçivəsində 81 ləçəklərdən ibarət ən yaxşı “Meyxua” rəsm müsabiqəsi keçirilib
Elm və təhsil
16 Dekabr , 2014 14:35
​ADU-da Çin bayramı qeyd olunub

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetində universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Dunçji” (“Qışın zirvəsi”) Çin bayramına həsr olunmuş tədbir keçirildi.

Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Ay-günəş təqvimin ən mühüm dövrlərindən biri kimi “Dunçji” bayramının xüsusi fəlsəfəsi haqqında danışaraq bayramın böyük tarixi və mədəni əhəmiyyətini qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi əməkdaşı Abbasəli Rüstəmov qış gündönümünün astronomik fenomen kimi mövsümi əhəmiyyətindən danışıb.

ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin müəllim və tələbələri “Dunçji” bayramının qeyd olunma adət-ənənələri, Pekinin Səma Məbədində əcdadlara ibadət olunması ilə bağlı əfsanə və mərasimlər, Çin Təqviminə əsasən qışın ayrı-ayrı mövsümləri haqqında məruzə ilə çıxış ediblər. “Dunçji”nin uzunömürlülük, qış və gözəllik rəmzlərinə həsr olunmuş qədim Çin şairlərinin şeirləri oxunub, Çin milli musiqisi ifa edilib.

Tədbir çərçivəsində 81 ləçəklərdən ibarət ən yaxşı “Meyxua” rəsm müsabiqəsi keçirilib.

Son xəbərlər

Orphus sistemi