Ölkə ərazisindəki çaylarda sululuq artıb

Ölkə ərazisindəki çaylarda sululuq artıb İyulun 11-də ölkə ərazisinə yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.
Ekologiya
12 İyul , 2020 00:06
Ölkə ərazisindəki çaylarda sululuq artıb

İyulun 11-də ölkə ərazisinə yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçib.

Belə ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 22 sm, Kürəkçay-Toğanada 5 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 6 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçay-Şıxlar məntəqəsində 1 sm, Kür-Qıraqkəsəmən məntəqəsində 4 sm, Qanıx-Əyriçay məntəqəsində isə səviyyə 2 sm artıb.
Yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonunun ərazisindən axan Dəstəfürçaydan və Oğuz rayonunun ərazisindən axan Əyriçaydan sel keçib.

Son xəbərlər

Orphus sistemi