Radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə gətirilməsinin qarşısı alınıb

Radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə gətirilməsinin qarşısı alınıb Bu ilin yanvar-iyun ayları ərzində Dini Qurumlarla İş üzrəDövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1 732 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə idxalının və yay
Din
7 Avqust , 2020 16:27
Radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə gətirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bu ilin yanvar-iyun ayları ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1 732 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

O bildirib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 73 adda dini ədəbiyyata baxılaraq, onlardan 1-nin çapı məqsədəuyğun sayılmayıb: "Həmçinin 176 adda (253 321 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq mühafizə orqanları Dövlət Komitəsinə göndərilən 115 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallardan 26-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edib. Eyni zamanda ötən dövr ərzində 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib".

Son xəbərlər

Orphus sistemi