Azərbaycanlı hacıların ilk qrupu vətənə dönüb

Azərbaycanlı hacıların ilk qrupu vətənə dönüb Bu gün daha iki qrup qayıdacaq
Din
29 Sentyabr , 2015 09:38
Azərbaycanlı hacıların ilk qrupu vətənə dönüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanlı zəvvarların ilk qrupu vətənə dönüb. Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Müqəddəs Payızov məlumat verib.

O, bildirib ki, zəvvarların növbəti qrupu bu gün saat 13:45 və axşam 22:45-də Bakıda olacaqlar.

Digər zəvvarlar isə növbəti günlərdə vətənə gələcək.

M.Payızov onu da bildirib ki, ziyarətə gedəndə təyyarələrdə 40-50 nəfər gedirdisə, qayıdan təyyarələr daha böyük olduğundan, eyni vaxtda 260-280 ziyarətçi qayıdacaq.

Şöbə rəhbəri sentyabrın 28-də vəfat edən azərbaycanlı zəvvarın bu gün dəfn ediləcəyini də əlavə edib.

Qeyd edək ki, azərbaycanlı zəvvarlardan 3-ü Məkkədə dünyasını dəyişib. Onlardan ikisi kişi, biri qadındır.

Son xəbərlər

Orphus sistemi