Hindistan koronavirusa yoluxanların sayına görə Rusiyanı ötüb

Hindistan koronavirusa yoluxanların sayına görə Rusiyanı ötüb Ölkə xəstəxanalarında 235 287 nəfər müalicə olunur, 424 432 pasiyent sağalıb.
Digər ölkələr
6 İyul , 2020 09:57
Hindistan koronavirusa yoluxanların sayına görə Rusiyanı ötüb

Hindistanda son sutkada koronavirusa yoluxanların sayı daha 24 200 nəfər artaraq  697 413-ə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyindən bildirilib. 

Məlumata görə, Hindistanda virusdan ölənlərin sayı son sutka ərzində 425 nəfər artaraq ümumilikdə 19 693 nəfərə yüksəlib. Hazırda ölkə xəstəxanalarında 235 287 nəfər müalicə olunur, 424 432 pasiyent sağalıb.

Hindistan yoluxanların sayına görə Rusiyanı keçərək 3-cü yerə qalxıb.

Qeyd edək ki, COVID-19-a ən çox yoluxma ABŞ-da (2 850 000) qeydə alınıb. İkinci yerdə 1 milyon 570 mindən çox yoluxma ilə Braziliya, üçüncü yerdə 697 413 nəfərlə Hindistan, dördüncü yerdə isə 680 min nəfər koronavirus daşıyıcısı ilə Rusiya gəlir.

Son xəbərlər

Orphus sistemi