Yaponiyanın baş naziri bu ay İran prezidentilə görüşəcəyini bəyan edib

Yaponiyanın baş naziri bu ay İran prezidentilə görüşəcəyini bəyan edib Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, sentyabrın sonunda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən növbəti sessiyasında İran prezidenti Həsən Ruhani ilə görüşəcək.
Digər ölkələr
17 Sentyabr , 2019 08:50
Yaponiyanın baş naziri bu ay İran prezidentilə görüşəcəyini bəyan edib

Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, sentyabrın sonunda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən növbəti sessiyasında İran prezidenti Həsən Ruhani ilə görüşəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, Yaponiyanın hökumət başçısı İran prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, 12-13 iyunda Yaponiyanın baş naziri Sindzo Abe İranda rəsmi səfərdə olub. O, İran prezidenti Həsən Ruhani və Ali dini lider Əli Xamenei ilə görüşüb.

Sindzo Abe dəfələrlə Vaşinqton və Tehran arasındakı əlaqələri normallaşdırmaq üçün mümkün vasitəçilik missiyasını üzərinə götürmək istədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi