Yaponiyada bir həftədə 4 nəfər günvurmadan ölüb

Yaponiyada bir həftədə 4 nəfər günvurmadan ölüb Son bir həftə ərzində Yaponiyada günvurmadan ən azı 4 nəfər ölüb, daha 3500 nəfər xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
10 Sentyabr , 2019 08:53
Yaponiyada bir həftədə 4 nəfər günvurmadan ölüb

Son bir həftə ərzində Yaponiyada günvurmadan ən azı 4 nəfər ölüb, daha 3500 nəfər xəstəxanaya yerləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Yaponiyanın Fövqəladə Hallar və Təcili Yardım Nazirliyi kimi fəaliyyət göstərən Baş Yanğın İdarəsi məlumat yayıb.

İdarə qeyd edir ki, sentyabrın 2-dən 8-dək olan dövrdə zərərçəkmişlərin sayı bazar günü Yaponiyanı vuran "Faksay" tayfunundan əvvəl gələn isti hava kütləsi səbəbindən artıb. Sentyabrın əvvəlində gündüz termometr sütunu yenə 30 Selsi dərəcədən yuxarı qalxır və bəzən 35-ə çatır. Yüksək rütubət nəticəsində vəziyyət daha da gərginləşir.

Son xəbərlər

Orphus sistemi