ABŞ prezidenti Qrenlandiyada "Trump Tower"in şəklini paylaşıb

ABŞ prezidenti Qrenlandiyada "Trump Tower"in şəklini paylaşıb ABŞ prezidenti Donald Tramp öz Twitter səhifəsində zarafatla Qrenlandiyada Trump Tower göydələni tikməyəcəyinə söz verib və müvafiq fotokollaj paylaşıb.
Digər ölkələr
20 Avqust , 2019 05:46
ABŞ prezidenti Qrenlandiyada Trump Towerin şəklini paylaşıb

ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində zarafatla Qrenlandiyada "Trump Tower" göydələni tikməyəcəyinə söz verib və müvafiq fotokollaj paylaşıb.

“Report” xəbər verir ki, o, şəklin altından bu sözləri yazıb:

"Söz verirəm ki, bunu Qrenlandiyada etməyəcəyəm".

Daha əvvəl Tramp strateji baxımdan Qrenlandiyanın alınması mümkünlüyü ilə maraqlandığını təsdiq edib.

Öz növbəsində Danimarkanın baş naziri Mette Frederiksen ABŞ prezidentinin Qrenlandiyanın alınması ilə bağlı ideyasını "absurd" adlandırıb.

Son xəbərlər

Orphus sistemi