KİV: Tramp Con Sallivanı ABŞ-ın Rusiyadakı səfiri təyin etmək niyyətindədir

KİV: Tramp Con Sallivanı ABŞ-ın Rusiyadakı səfiri təyin etmək niyyətindədir ABŞ prezidenti Donald Tramp dövlət katibinin birinci müavini Con Sallivanı Birləşmiş Ştatların Rusiyadakı yeni səfiri təyin etmək niyyətindədir.
Digər ölkələr
20 Avqust , 2019 21:39
KİV: Tramp Con Sallivanı ABŞ-ın Rusiyadakı səfiri təyin etmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp dövlət katibinin birinci müavini Con Sallivanı Birləşmiş Ştatların Rusiyadakı yeni səfiri təyin etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Nəşr bildirib ki, bu xəbəri administrasiyadakı mənbə təsdiqləyib. Qeyd edilir ki, Sallivan Amerika qanunvericiləri tərəfindən təsdiqi almalıdır.

Daha əvvəl Amerikanın bir neçə aparıcı KİV-i bildirib ki, ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Birləşmiş Ştatların Koreya Xalq Demokratik Respublikası üzrə xüsusi nümayəndəsi Stiven Biqen olacaq.

Son xəbərlər

Orphus sistemi