Tbilisidə baş nazir postuna namizədin əleyhinə aksiya təyin olunub

Tbilisidə baş nazir postuna namizədin əleyhinə aksiya təyin olunub Bu gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası təyin olunub.
Digər ölkələr
3 Sentyabr , 2019 15:41
Tbilisidə baş nazir postuna namizədin əleyhinə aksiya təyin olunub

Bu gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası təyin olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, saat 19:00-da başlaması planlaşdırılan aksiyada daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz bildiriləcək.

Təşkilatçılar deyiblər ki, Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili G.Qaxarianı istefaya göndərmək əvəzinə onun vəzifəsini artırıb. Onların sözlərinə görə, bu qərarla B.İvanişvili vətəndaş cəmiyyətinə açıq müharibə elan edib.

Təşkilatçılar vətəndaşları etiraz aksiyasına qoşulmağa çağırıb.

Qeyd edək ki, Tbilisidə iyunun 20-21-də baş verən hadisələrdən sonra G.Qaxarianın istefası tələbi ilə parlamentin binası önündə bu günə qədər 75 aksiya keçirilib. Bugünkü aksiya sayca 76-cı olacaq. 

Son xəbərlər

Orphus sistemi