Suriya-Türkiyə sərhədində terror aktı törədilib, azı 12 nəfər həlak olub, xəsarət alanlar var

Suriya-Türkiyə sərhədində terror aktı törədilib, azı 12 nəfər həlak olub, xəsarət alanlar var Suriyanın Türkiyə ilə sərhədindəki Çobanbey şəhərində terror aktı törədilib.
Digər ölkələr
15 Sentyabr , 2019 21:28
Suriya-Türkiyə sərhədində terror aktı törədilib, azı 12 nəfər həlak olub, xəsarət alanlar var

Suriyanın Türkiyə ilə sərhədindəki Çobanbey şəhərində terror aktı törədilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, minalanmış avtomobil yerli xəstəxananın yaxınlığında partladılıb. İlkin xəbərdə bildirilir ki, hücum nəticəsində 12 dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir.

Hadisə yerində axtarış-xilasetmə işləri görürülür.

Partlayış zamanı xəstəxana binasına da zərər dəyib. 

Son xəbərlər

Orphus sistemi