İsveç Rusiyaya qarşı sanksiyaların ilin sonuna qədər uzadılmasını təklif edib

İsveç Rusiyaya qarşı sanksiyaların ilin sonuna qədər uzadılmasını təklif edib Bu barədə qərar martın 19-20-də Avropa İttifaqının sammitində qəbul edilməlidir
Digər ölkələr
7 Mart , 2015 16:26
İsveç Rusiyaya qarşı sanksiyaların ilin sonuna qədər uzadılmasını təklif edib

Bakı. 7 mart. REPOERT.AZ/ "İsveç Rusiyaya qarşı sanksiyaların ilin sonuna qədər uzadılmasına tərəfdardır. Biz hesab edirik ki, bu barədə qərarın martın 19-20-də Avropa İttifaqının sammitində qəbul edilməlidir". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Valström Aİ XİN rəhbərlərinin Riqada keçirilən görüşündə bildirib. 

"Düşünürəm ki, buna Avropa Şurası qərar verməlidir. Bu qərarı qəbul etmək üçün yekdillik olmalıdır", -M.Valström qeyd edib. 

Onun sözlərinə görə, bu addım mart ayında Aİ sammitində atılmalıdır.

"Biz hesab edirik ki, bu, Avropa Şurasının mövqeyi olmalıdır. Buna onlar qərar verməlidir. Ən başlıcası bir olmaqdır", - M.Valström İsveçin Rusiyaya qarşı sanksiyaların ilin sonuna qədər uzadılmasını dəstəkləyib-dəstəkləmədiyinə dair suala cavab olaraq bildirib. 

Son xəbərlər

Orphus sistemi