Filippində iki partlayış baş verib, ölənlərin sayı 13-ə çatdı

Filippində iki partlayış baş verib, ölənlərin sayı 13-ə çatdı Filippinin cənubundakı Sulu əyalətinin Xolo şəhərində iki partlayış baş verib.
Digər ölkələr
24 Avqust , 2020 16:03
Filippində iki partlayış baş verib, ölənlərin sayı 13-ə çatdı
0 : 00
0 : 00

Filippinin Xolo şəhərində baş verən dalbadal iki partlayışda ölənlərin sayı 13-ə, yaralananların sayı isə 76-ya çatıb.

“Report” “Rappler”ə istinadən xəbər verir ki, ölənlərin 7-si hərbi qulluqçudur. 

Məlumata görə, yaralananlardan 9-u polis, 19-u hərbçi, 48-i isə dinc sakindir.

10:26

Filippinin Xolo şəhərində baş verən dalbadal iki partlayış nəticəsində 9 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ABS-CBN media qrupunun “Twitter” səhifəsində bildirilib.

“Inquirer” nəşrinin məlumatına görə, ölənlərin 4-ü hərbi qulluqçudur.

10:08

Filippinin cənubundakı Sulu əyalətinin Xolo şəhərində iki partlayış baş verib.

“Report” CNN-in yerli bürosuna istinadən xəbər verir ki, partlayışlardan biri “Paradise Food Shop” ticarət mərkəzində olub.

Bildirilib ki, partlayışlardan birincisi yerli vaxtla saat 11:53-də, ikincisi isə 13:00-da baş verib.

ABS-CBN-in məlumatına görə, azı 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Hadisə yerinə güc strukturlarının nümayəndələri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi