İtaliya Ermənistandan giriş və tranziti qadağan edib

İtaliya Ermənistandan giriş və tranziti qadağan edib 13 riskli ölkədən gələnlərin girişini və tranzitlərini qadağan edib.
Digər ölkələr
10 İyul , 2020 13:12
İtaliya Ermənistandan giriş və tranziti qadağan edib

İtaliya son 14 gündə COVİD-19 infeksiyasının yayıldığı 13 riskli ölkədən gələnlərin girişini və tranzitlərini qadağan edib.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, son 14 gündə Ermənistan, Bəhreyn, Braziliya, Bosniya və Herseqovina, Çili, Küveyt, Şimali Makedoniya, Moldova, Oman, Panama, Peru və Dominikan Respublikasından gələn və ya bu ölkələrdən tranzit keçişi edən insanların İtaliyaya girişi və tranzit keçişi qadağan edilib.

Son xəbərlər

Orphus sistemi