Bakı. 19 aprel. REPORT.AZ/ Ekvadorda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 413 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin yerli hakimiyyət orqanları məlumat yayıb.
***
Bakı. 18 aprel. REPORT.AZ/Ekvadorda bir neçə gün əvvəl baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.
"Report"un məluimatına görə, bu barədə Ekvadorun Risklərin İdarə Edilməsi üzrə Nazirliyindən məlumat verilib.
Məlumatda ölənlərin sayının 366 nəfərə çatdığı bildirilir.
Qeyd edək ki, son xəbərlərdə ölənlərin 350 nəfər olduğu qeyd edilib.