Pakistanın Əfqanıstandakı konsulluğu yaxınlığında partlayış törədilib

Pakistanın Əfqanıstandakı konsulluğu yaxınlığında partlayış törədilib Əfqanıstanın şərqindəki Cəlilabad şəhərində, Pakistanın bu ölkədəki Baş Konsulluğunun binası yaxınlığında partlayış baş verib.
Digər ölkələr
26 Avqust , 2019 04:34
Pakistanın Əfqanıstandakı konsulluğu yaxınlığında partlayış törədilib

Əfqanıstanın şərqindəki Cəlilabad şəhərində, Pakistanın bu ölkədəki Baş Konsulluğunun binası yaxınlığında partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki, hadisə zamanı ən azı 3 nəfər xəsarət alıb. Onlar arasında polis əməkdaşı da var.

"Pakistan konsulluğunun əməkdaşlarından heç kim zərər çəkməyib. İlkin informasiyaya görə, polis və iki nəfər yaralanıb", - deyə Pakistanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysal özünün "Twitter" səhifəsində yazıb.

O, vurğulayıb ki, konsulluğun əməkdaşları obyektin və diplomatik missiyanın əməkdaşlarının təhlükəsizliyinin gücləndirilməsi üçün Əfqanıstanın hakimiyyəti ilə əlaqə saxlayırlar.

Son xəbərlər

Orphus sistemi