Çinin İsraildəki səfirinin ölüm səbəbi məlum oldu

Çinin İsraildəki səfirinin ölüm səbəbi məlum oldu Bu gün səhər öz iqamətgahında ölü tapılmış Çinin İsraildəki səfiri Du Vey səhhətində yaranmış problemlə bağlı dünyasını dəyişib.
Digər ölkələr
17 May , 2020 22:41
Çinin İsraildəki səfirinin ölüm səbəbi məlum oldu

Bu gün səhər öz iqamətgahında ölü tapılmış Çinin İsraildəki səfiri Du Vey səhhətində yaranmış problemlə bağlı dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.

Bununla yanaşı qeyd edilir ki, səfirin ölüm səbəbi "əlavə yoxlama aparılmasını və təsdiqetməni tələb edir".

Çinin Xarici İşlər Nazirliyi diplomatın ailə üzvlərinə başsağlığı verib.

Daha əvvəl İsrailin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən “The Jerusalem Post” qəzeti bildirib ki, Du Vey mayın 17-də Təl-Əvivdən şimaldakı Qersliya şəhərindəki iqamətgahında ölü tapılıb. Onun 57 yaşı vardı.

Son xəbərlər

Orphus sistemi