Bu il Maduro BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək

Bu il Maduro BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək Venesuela Prezidenti Nikolas Maduro, bu il BMT Baş Assambleyasının iclasında iştirak etməyəcəyini, əvəzində vitse-prezident Delsi Rodriqezin Nyu-Yorka yola düşəcəyini söyləyib.
Digər ölkələr
13 Sentyabr , 2019 03:19
Bu il Maduro BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək

Venesuela Prezidenti Nikolas Maduro, bu il BMT Baş Assambleyasının iclasında iştirak etməyəcəyini, əvəzində vitse-prezident Delsi Rodriqezin Nyu-Yorka yola düşəcəyini söyləyib.

"Report" "RİA Novosti" yə istinadən xəbər verir ki, bunu Maduro ictimaiyyət qarşısında çıxış edərkən deyib.

"Vitse-prezident Delsi Rodriqez və Xarici İşlər naziri bu il BMT Baş Assambleyasının iclasına gedəcəklər. Keçən il Nyu-Yorkda idim, bu il getməyəcəyəm, burada - Venesuelada qalıb sizinlə birgə işləyəcəyəm", - deyə Prezident vurğulayıb.

O əlavə edib ki, Rodriqes ABŞ-ın sanksiyalarına qarşı çıxan milyonlarla vətəndaşın imzaladığı məktubu BMT baş katibinə təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi