Braziliyada koronavirusa yoluxanların sayı 240 mini ötdü

Braziliyada koronavirusa yoluxanların sayı 240 mini ötdü Braziliyada 16 mindən çox insan koronavirusun qurbanı olub.
Digər ölkələr
18 May , 2020 03:25
Braziliyada koronavirusa yoluxanların sayı 240 mini ötdü

Braziliyada 16 mindən çox insan koronavirusun qurbanı olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 240 mini ötüb.

Nazirlik qeyd edib ki, ölkədə COVID-19 infeksiyasına 241 080 yoluxma qeydə alınıb, son gün ərzində daha 7 938 yeni yoluxma aşkarlanıb.

Son 24 saat ərzində 485 insan koronavirusdan ölüb. Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 16 118 nəfər təşkil edir. Eyni zamanda bildirilir ki, ölkədə virusa yoluxmuş 94 122 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi