Belqradda iğtişaşlar nəticəsində 36 nəfər yaralanıb

Belqradda iğtişaşlar nəticəsində 36 nəfər yaralanıb Xəsarət alanların 19-u polis əməkdaşı, 17-si isə nümayişçidir
Digər ölkələr
9 İyul , 2020 13:06
Belqradda iğtişaşlar nəticəsində 36 nəfər yaralanıb

Serbiyanın paytaxtı Belqradda iyulun 9-na keçən gecə baş verən iğtişaşlar nəticəsində 36 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təcili Yardım Xidmətindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanların 19-u polis əməkdaşı, 17-si isə nümayişçidir. Polis əməkdaşlarından birini maşın vurub.

Ölkənin Daxili İşlər naziri Neboyşa Stefanoviçin sözlərinə görə, polisdən birinin hər iki ayağı sınıb.

Belqraddakı etirazlar Serbiya Prezidenti Aleksandr Vuçiçin koronavirusla mübarizə üçün yeni tədbirlərin tətbiq olunacağını, paytaxtda komendant saatı elan olunacağını bildirməsindən sonra başlayıb.

Serbiya Daxili İşlər Nazirliyinin hesablamalarına görə, iyulun 8-də parlament binası qarşısına etiraz məqsədilə 5 minə yaxın insan gəlib.

Xatırladaq ki, iyulun 8-nə keçən gecə də etirazçılarla polis arasında toqquşma olmuş, ümumilikdə 60 nəfər yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi