Avropa Parlamenti Ermənistan baş nazirinin çağırışından narahatdır

Avropa Parlamenti Ermənistan baş nazirinin çağırışından narahatdır Avropa İttifaqı - Ermənistan Parlamentlərarası Tərəfdaşlıq Komitəsi, Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi və Avropa İttifaqı - Gürcüstan Parlamentlərarası Assosiasiya Komitəsi bəyanat yayıb.
Digər ölkələr
22 May , 2019 15:37
Avropa Parlamenti Ermənistan baş nazirinin çağırışından narahatdır

Avropa İttifaqı - Ermənistan Parlamentlərarası Tərəfdaşlıq Komitəsi, Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi və Avropa İttifaqı - Gürcüstan Parlamentlərarası Assosiasiya Komitəsi bəyanat yayıb.

"Report"un Fransa bürosu xəbər verir ki, sənəddə Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından narahatlıq ifadə olunub: "Müdaxilə etməmə prinsipinə xələl gətirmədən Nikol Paşinyanın mayın 20-də tərəfdarlarını məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından və hakimlərə nəzarətin tətbiq edilməsindən narahatıq".

Bəyanatda Ermənistanın dövlət məmurlarına konstitusiya ilə onlara verilən vəzifələr çərçivəsində hərəkət etmək tövsiyə olunub və qanunverici, icraedici və məhkəmə sisteminin müstəqil fəaliyyətinə hörmət etməyə çağırılıb.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Ermənistanın baş naziri Nikol Paşinyanın məhkəmənin giriş-çıxışını nəzarətə götürmək çağırışından narahatlığını ifadə edib.

Xatırladaq ki, Nikol Paşinyan mayın 19-da Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən buraxılmasından sonra ölkə vətəndaşlarını məhkəmənin giriş-çıxışlarını nəzarətə götürməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi