ABŞ hökuməti viza üçün müraciət edənlərdən sosial şəbəkələrdən 5 illik istifadə tarixini tələb edəcək

ABŞ hökuməti viza üçün müraciət edənlərdən sosial şəbəkələrdən 5 illik istifadə tarixini tələb edəcək Yenilik, təqribən, 15 mln. nəfəri əhatə edəcək
Digər ölkələr
30 Mart , 2018 10:04
ABŞ hökuməti viza üçün müraciət edənlərdən sosial şəbəkələrdən 5 illik istifadə tarixini tələb edəcək

Bakı. 30 mart. REPORT.AZ / ABŞ Prezidenti Administrasiyası viza üçün müraciət edən xarici vətəndaşlardan sosial şəbəkələrdən istifadə tarixini tələb edəcək.

"Report" Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentindən verilən məlumatda bildirilir.

Yeni qaydanın bu gün rəsmən elan olunması gözlənilir.

Dövlət Departamenti hesab edir ki, yenilik birbaşa, təqribən, 15 mln. nəfərə aid olacaq. İstisnalar rəsmi şəxslər və diplomatlar üçün olacaq.

Hakimiyyət yeniliyi dərhal qüvvəyə mindirmək niyyətində deyil. İctimaiyyətin reaksiyasını təhlil etmək üçün 60 gün müddət verilib.

Son xəbərlər

Orphus sistemi