ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-da atışma olub, ölən və yaralananlar var Hadisənin səbəbi araşdırılır
Digər ölkələr
8 İyul , 2020 16:31
ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində naməlum şəxslərin açdığı atəş nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “NBC News ” telekanalı yayıb.


*** 15:56

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində naməlum şəxslərin açdığı atəş nəticəsində 7 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı WABC telekanalı yayıb.

Atışma nəticəsində ağır yaralanan 4 nəfər hospitala yerləşdirilib. Bir müddət sonra 3 yaralı da xəstəxanaya müraciət edib. Hadisə zamanı bir neçə avtomobilə ziyan dəyib.

Atışmanı törədənlər olay yerindən qaçaraq gizləniblər. Onların axtarışı davam edir.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi